Almaniyanın Köln şəhərinin 43 yaşlı qadın sakinini ağcaqanad dişlədikdən sonra onun hər iki əl və ayağını amputasiya ediblər.
“Yeniavaz.com”un “REN TV”yə istinadən verdiyi məlumata görə, qadın xidmətçi işləyib.
Qadın evdən zibili çıxardanda həşərat onu dişləyib. Bundan sonra o, özünü pis hiss etdiyinə görə xəstəxanaya qaldırılıb. Səhhəti yaxşılaşdığına görə həkimlər pasiyenti evinə buraxıb. Lakin qadının vəziyyəti tez bir zamanda yenidən pisləşib və o, yenidən xəstəxanaya qaldırılıb.
Həkimlər ehtimal edirlər ki, ağcaqanad dişləmə zamanı qadının orqanizminə ziyanverici bakteriyalar daxil edib. Məlum olub ki, dişləmədən sonra qadında sepsis başlayıb.