Nazirlik bu günə gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ ETDİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaqr.

Qurumdan verilən məlumata görə, zəif şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında və Bakıda gündüz 40-41° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 35-45 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29°, Türkan, Hövsan, Sahil, Şıxda 29-30° isti təşkil edəcək.

Tibbi-meteoroloji xəbərdarlıq

Avqustun 8-9-da Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət günəş altında qalmaq risklidir.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 35-40°, bəzi yerlərdə 42° isti olacaq.

Yeniavaz.com

DİGƏR XƏBƏRLƏR

Top