İstanbulda hiss edilən istilik 53 dərəcəyə çatacaq

İstanbulun şimalında havanın rütubətlik səviyyəsi 94 faizə çatıb. "Yeniavaz.com"un "Karar" qəzetinə istinadən verdiyi məlumata görə, meqapolisin rayonlarında rütubətliyin səviyyəsi 84-94 faiz arasında dəyişir.

Meteoroloqların proqnozuna görə, sabah İstanbulda hiss edilən istilik müsbət 53 dərəcəyə çatacaq. Bu gün İstanbulun müxtəlif rayonlarında havanın temperaturu müsbət 28-33 arasında dəyişsə də, yüksək nəm səviyyəsi insanların nəfəs almasında çətinliklər törədib. Şəhərdə bu gün hiss olunan istilik dərəcəsi 41-ə yüksəlib. Sabah İstanbulda hiss edilən istilik axşam saat 21:00-a qədər 40 dərəcədən aşağı düşməyəcək.

DİGƏR XƏBƏRLƏR

Top