Saakaşvilini gözləyən həbs cəzasının müddəti açıqlandı

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilini 11 ilədək həbs cəzası gözləyir.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Gürcüstan Baş Prokurorluğunun prokuroru Natiya Sonqulaşvili deyib.

Onun sözlərinə görə, hazırda Baş Prokurorluq M. Saakaşvili barəsində dörd cinayət işini aparır: “Həmin işlər üzrə istintaq başa çatıb və məhkəmə araşdırması aparılır. Bütün bu işlərə Tbilisi şəhər məhkəməsi baxır”.

N. Sonqulaşvili qeyd edib ki, M. Saakaşvili Sandro Qirqvilianinin qətli, dövlət vəsaitlərinin israfçılığı, ölkə deputatı Valeri Qelaşvilinin amansızcasına döyülməsi, eləcə də “İmedi” teleşirkətinin zorla ələ keçirilməsi işləri üzrə ittiham olunur.

Xatırladaq ki, M. Saakaşvili 2013-cü ilin noyabrında Gürcüstanı tərk edib.

DİGƏR XƏBƏRLƏR

Top