Rusiya dollardan asılılığını azaltmağı planlaşdırır

Rusiya valyuta hesablaşmaları qismində dollardan, eləcə də Amerika ödəniş sistemlərindən asılılığı azaltmağı planlaşdırır.

“Yeniavaz.com”un “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, bu, Rusiyanın ABŞ-ın sanksiyalarına qarşı cavabı olacaq. Nazir bildirib ki, Moskva bu istiqamətdə işləri aktivləşdirəcək: “Bu, artıq zərurətə çevrilib”.

S. Ryabkov əlavə edib ki, hazırda Rusiyanın qarşısında Amerika valyutasından asılılığı azaltmağa imkan verəcək hərəkətverici iqtisadi sxemləri hazırlamaq tapşırığı dayanıb.

DİGƏR XƏBƏRLƏR

Top