Roman Abramoviç boşandı

Milyarder Roman Abramoviç və onun həyat yoldaşı Darya Jukova boşanmaq qərarına gəliblər.

"Yeniavaz.com"un RBK-ya istinadən verdiyi məlumata görə, cütlük 10 il birgə ailə həyatından sonra qarşılıqlı olaraq boşanmaq qərarı alıb.

Cütlüyün məsələ ilə bağlı verdiyi birgə bəyanatda deyilir ki, boşandıqdan sonra yaxın dost kimi qalacaqlar, başladıqları və inkişaf etdirdikləri layihələrdə tərəfdaş kimi birgə çalışacaqlar.

Qeyd edək ki, cütlüyün iki uşağı var - yeddi yaşlı oğlan uşağı Aaron və dörd yaşlı qız uşağı Leyla. 9,2 milyard sərvəti olan R. Abramoviçin bu, sayca üçüncü bosanmasıdır.

DİGƏR XƏBƏRLƏR

Top