Tacikistanda saqqalın uzunluğuna məhdudiyyət qoyuldu


Tacikistan hakimiyyəti imamlar üçün saqqalın maksimum uzunluğunu müəyyən edib.

"Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu rayon hökumətinin başçısı Səlahəddin Rəcəbzod deyib.

Onun sözlərinə görə, saqqalın uzunluğu üç santimetrdən artıq olmamalıdır ki, bu da ölkənin adət və mədəniyyətinə uyğun gəlir.

Qeyd edək ki, 2012-ci ildə Tacikistanda qəbul edilmiş qanuna əsasən, saqqalın uzunluğu yumruğun ölçüsündən böyük olmamalıdır. İki il əvvəl isə respublikada həddən ziyadə uzun saqqallara qarşı kampaniya başlanmışdı.

Həmin vaxt hüquq-mühafizə orqanları minlərlə kişini saxlayaraq zorla saqqallarını qırxmışdı.

DİGƏR XƏBƏRLƏR

Top