"Renault" İranda avtomobil istehsal edəcək

İranın iki şirkəti Fransanın "Renault" avtomobil istehsalçısı ilə ölkə tarixinin ən böyük avtomobil sazişlərindən birinə imza atıb.

"Yeniavaz.com"un "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, saziş "Renault"un 2018-ci ildən etibarən İranda 150 min avtomobil istehsal etməsini nəzərdə tutur.

Sazişin dəyəri 660-778 milyon dollar arasındadır. Saziş sayəsində İranın IDRO və "Negin Grup" şirkətlərində təxminən 3 min nəfər işlə təmin olunacaq.

Qeyd edək ki, bunadək "PSA Peugeot Citroen" İranın "Khodro" şirkəti ilə ildə 200 min avtomobil istehsal edəcək təsisin açılması barədə razılığa gəlib.

DİGƏR XƏBƏRLƏR

Top