Şimali Koreya ABŞ-dan qisas alacaq

Şimali Koreya BMT Təhlükəsizlik Şurasının ABŞ tərəfindən hazırlanmış sanksiya qərarına sərt reaksiya verib.

"Yeniavaz.com"un "Vatan" qəzetinə istinadən verdiyi məlumata görə, Şimali Koreya yeni sanksiyalarla əlaqədar ABŞ-dan qisas alacağını bəyan edib.

Bəyanatda deyilir ki, ABŞ dusmənçilik siyasətinə son verməsə, Pxenyan özünün nüvə proqramını müzakirə etməyəcək.

Şimali Koreya hesab edir ki, BMT-nin sanksiyaları ölkənin suverenliyini pozur.

Rəsmi Pxenyan sanksiyalara müvafiq cavab veriləcəyini açıqlayıb: "ABŞ-ın okeanın o tayında özünü təhlükəsizlik hesab etməsi qədər böyük səhv ola bilməz. Sanksiyalar Şimali Koreyanı təcrid edib boyun əydirmək məqsədi daşıyır. ABŞ-dan bunun minlərlə qat qisasını alacağıq".

DİGƏR XƏBƏRLƏR

Top