Kərkükdən İraq Kürdüstanına neft tədarükü dayandırıldı

İraq mərkəzi hökuməti öz nəzarətindəki Kərkük quyularından hasil edilən xam neftin İraq Kürdüstan Regional Hökumətinə (İKRH) tədarükünü dayandırmaq qərarı verib.

"Yeniavaz.com"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İraqın neft nazirinin müavini Kərim Xəttab Cəfəri bildirib.

Onun yazılı açıqlamasında deyilir: "Şimal Neft Şirkətindən İKRH-ya gedən xam neft tədarükü dərhal dayandırılmalı və əlavə istehsala son qoyulmalıdır". Bununla belə, K. X. Cəfəri tədarükün hansı səbəbdən dayandırıldılması barədə məlumat verməyib.

Qeyd edək ki, Kərkukdəki beş neft quyusundan üçü mərkəzi hökumətə, ikisi isə İKRH-yə məxsusdur.

DİGƏR XƏBƏRLƏR

Top