"Facebook" çökdü

Bütün dünya üzrə "Facebook" sosial şəbəkəsinin istifadəçiləri öz səhifələrinə girişdən məhrum olublar.

"Yeniavaz.com"un RBK-ya istinadən verdiyi məlumata görə, sosial şəbəkənin istənilən səhifəsinə daxil olmağa cəhd edərkən problemlər barədə məlumat göstərilir.

Məlumatda bildirilir ki, "Facebook" komandası problemi aradan qaldırmaq üçün zəruri olan hər şeyi edir. Şəbəkəyə girişdə problemlərin olması haqqında məlumatlar İsveçdən tutmuş Ekvadoradək müxtəlif ölkələrin istifadəçilərindən daxil olur. Bununla yanaşı, eyni vaxtda "Instagram" şəbəkəsinə girişdə də problemlər olması haqqında məlumatlar yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top