Mingəçevirdə toyda zəhərlənənlər yeməyi özləri bişiribmiş - TƏFƏRRÜAT

Mingəçevirdə yaşayış massivində yerləşən "Ağsaray" şadlıq sarayında zəhərlənmənin qeydə alınması barədə məlumat vermişdik. "Yeniavaz.com" saytı hadisə ilə bağlı yeni məlumatlar əldə edib. Belə ki, toyda bir masada əyləşən qohumlar qız evində hazırlanan soyuq qəlyanaltılardan qəbul etdikdən sonra onlarda narahatlıq yaranıb. Nəticədə, mədə pozuntusu keçirən 3 kişi və 7 qadın Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb. Şadlıq sarayının administratoru Sabit Nərimanov telefonla "Yeniavaz.com" saytına məlumat verərək bildirib ki, obyekt icarəyə verilib. Onun sözlərinə görə, toy günü bütün yeməklər toy sahibləri tərəfindən hazırlanıb.

Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Əbil Ağayev şadlıq sarayındakı yeməklərdən və xəstələrdən analiz götürüldüyünü və paytaxta laborator analizə göndərildiyini dedi. Hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlumat olacaq.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top