Mingəçevirdə toyda 10 nəfərdə mədə pozuğunluğu baş verib

Mingəçevirdə toyda yeyib içən 10 nəfərdə mədə pozuğunluğu baş verib. Hadisə Mingəçevirdə yerləşən şadlıq saraylarından birində qeydə alınıb. Bir masada əyləşən qohumlar qız evində hazırlanan soyuq qəlyanaltılar qəbul etdikdən sonra onlarda narahatlıq yaranıb. Nəticədə qəbul edilmiş keyfiyyətsiz qidadan mədə pozuntusu keçirən 3 kişi və 7 qadın Mingəçevir xəstəxanasına çatdırılıb. Şadlıq sarayının administratoru Sabit Nərimanov telefonla Yeniavaz.com saytına məlumat verərək bildirdi ki, obyekt arendada olub. Yeməklərin isə toy sahibləri tərəfindən hazırlandığını dedi. Hadisə ilə bağlı Mingəçevir GEM–in direktoru Əbil Ağayev şadlıq sarayındakı yeməklərdən və xəstələrdən analiz götürülüb paytaxta laborator analizə göndərildiyini bildirdi. Hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlumat olacaq.

Esmira Hidayətova,Mingəçevir.

DİGƏR XƏBƏRLƏR

Top