İngiltərə Superkubokunun qalibi məlum olub

İngiltərə Superkubokunun qalibi məlum olub
Futbol üzrə İngiltərə Superkubokunun qalibi bəlli olub.

Həlledici görüşdə “Uembli” stadionunda son ölkə çempionu “Çelsi” ilə İngiltərə Kubokunun qalibi "Arsenal” üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb - 1:1. Penalti seriyasında daha dəqiq olan "Arsenal" 4:1 hesabı ilə qalib gələrək Superkuboka sahib çıxıb. Qeyd edək ki, bu, “Arsenal”ın tarixində qazandığı 15-cı Superkubokdur.

“Arsenal”-“Çelsi” 1:1 (4:1)
Qollar: Kolaşinats (82); Mozes (46)

APA

DİGƏR XƏBƏRLƏR

Top