
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman əs-Səuda qarşı Ciddədə sui-qəsdə cəhd olub. "Yeniavaz.com"un "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, vəliəhd sui-qəsd zamanı xəsarət almayıb.
Onu öldürməyə çalışan Səudiyyə şahzadəsi isə artıq həbs olunub. Vəliəhdin bu yaxınlarda aldığı iddialı qərarlar, rəqiblərini sıxışdırmaq cəhdləri Səudiyyə şahzadələri arasında hiddət və narazılığa səbəb olub. Bildirilir ki, Səudiyyə Ərəbistanı Kralı Salman yaxın beş ay ərzində bu yaxınlarda rəsmən varisi elan etdiyi oğlunun xeyrinə taxt-tacdan imtina edə bilər.
Xatırladaq ki, Səudiyyə Kralı Salman iyunun ortalarında 31 yaşlı oğlu Məhəmmədi vəliəhd şahzadə elan edib. Bunadək isə Səudiyyə taxtına namizədlərin siyahısında birinci yeri Kralın qardaşoğlu Məhəmməd ibn Nayif ibn Əbdüləziz tuturdu. O, daxili işlər və Baş nazirin müavini olub.
Tətbiqimizi yükləyə bilərsiniz