271 silahlı Fransaya qayıdıb

Suriya və İraqda silahlıların tərəfində vuruşan 270-dən çox fransız Fransa ərazisinə qayıdıb. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Fransanın daxili işlər naziri Jerar Kollon deyib.

Onun sözlərinə görə, geri qayıdanlardan 217-si yetkinlik yaşına çatmış, 54-sü isə yetkinlik yaşına çatmayan şəxsdir.

Nazir qeyd edib ki, Fransada terror təhlükəsi hələ də yüksək olaraq qalır: "Yelisey çöllərinə iki dəfə zərbə endirilib, ilin əvvəlindən yeddi terror aktına cəhdin qarşısı alınıb".

J. Kallon əlavə edib ki, Suriya və İraqdan vətənə qayıdan fransızların işinə məhkəmə qaydasında baxılır, onlardan bəziləri həbsə atılıb.

DİGƏR XƏBƏRLƏR

Top