Atatürk aeroportu fəaliyyətini dayandıracaq

İstanbuldakı Atatürk Beynəlxalq Hava Limanı fəaliyyətini dayandıracaq. "Yeniavaz.com"un "Milliyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.

Onun sözlərinə görə, İstanbulda tikilməkdə olan 3-cü hava limanının inşaatı başa çatdıqdan sonra Atatürk adına aeroport sərnişinlərə daha xidmət göstərməyəcək: "Bununla belə, İstanbuldakı Sabiha Gökçen Beynəlxalq Hava Limanı fəaliyyətini davam etdirəcək".

Nazir qeyd edib ki, Atatürk aeroportu ilə 3-cü hava limanı eyni uçuş marşrutundan istifadə edirlər, buna görə də sonuncunun tikintisi yekunlaşdıqdan sonra Atatürk aeroportuna ehtiyac qalmayacaq.

Ə. Arslan əlavə edib ki, Atatürk hava limanı dünya miqyasında sərgi mərkəzinə çevriləcək: "Dünya ilə rəqabət edə bilən sərgi mərkəzi olacaq. Qəti şəkildə ticarət mərkəzi və ya mənzil binaları olmayacaq. Sərgi mərkəzinin yanında yaşıllıq sahəsi salınacaq".

DİGƏR XƏBƏRLƏR

Top