Mingəçevirdə qəribə hadisə: qız gəldi, oğlan gəlmədi

Mingəçevirdə qəribə hadisə baş verib. Belə ki, 17 yaşlı qız sosial şəbəkə vasitəsi ilə tanış olduğu oğlanla qaçmaq qərarına gəlib.

"Yeniavaz.com" xəbər verir ki, Az.DRES qəsəbəsində yaşayan, hələ 17 yaşı tamam olmayan qızın qoşulub qaçmaq istədiyi oğlan isə heç məlum da deyil. Hadisə barədə məlumat verən qonşular deyib ki, səhər tezdən ananın fəryadına oyandıq: "Ana fəryad edirdi ki, qız evdən qaçıb. Lakin qız özü də inetrnetdə tanış olduğu oğlanın heç üzünü də görməyib. Sən demə, oğlan profilə başqa şəkil qoyub öz ad və soyadını da gizlədib. Qız ilə vədələşib ki, səni Heydər parkının qarşısında gözləyirəm. Qızın anası səhər tezdən bundan xəbər tutub və qışqır bağır salaraq qonşuları köməyə çağırıb. Köməyə gələn qonşular ananın vəziyyəti pis olduğu üçün təcili yardım çağırıblar. Qoşulub qaçan qıza yaxınları zəng ediblər ki, ananın vəziyyəti pisdir, hardasansa gəlib səni aparaq. Ən maraqlısı isə odur ki, oğlan qızı aldadıb, heç vədələşdiyi yerə gəlməyib. Qızın qohumları gəlib görüblər ki, qız Heydər parkının yanında oğlanı gözləyir. Qohumlar kənardan xeyli gözləyiblər görsünlər ki, gələn kim olacaq. Lakin 2 saat keçməsinə baxmayaraq, heç kəs gəlməyib. Ondan sonra yaxınları qızı evə gətiriblər, indi onu qapısı bağlı otaqda saxlayırlar".

Həkimlərin dediyinə görə, ananın hadisədən sonra səhəttində ciddi problemlər qalmaqdadır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top