İxtisas seçimində çətinlik çəkən abituriyentlər: Onların sayı nə qədərdir?

2017-2018-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanları yekunlaşdığından bakalavr pilləsində təhsil üçün müsabiqəyə buraxılan abituriyentlərin ixtisas seçimi davam edir.

Belə ki, bütün qruplar üzrə ixtisas seçimi iyulun 29-dan start götürüb. Seçim avqustun 10-na qədər davam edəcək.

Müsabiqəyə buraxılanlar ixtisas seçimi üçün “Abituriyent” jurnalının 2-ci və 4-cü saylarından istifadə etməlidirlər. Jurnalın 2-ci sayında ixtisas balları, 4-cü sayında istə ixtisasların kodları dərc olunub.

İxtisas seçimi davam etsə də, hələ bir çox abituriyentlər seçim etməkdə çətinlik çəkirlər. Bəs gün ərzində ixtisas seçimi etməkdə problem yaşayan abituriyentlər Dövlət İmtahan Mərkəzinə müraciət edirmi?

Bu barədə sualları Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə cavablandırıb. O, qeyd edib ki, məsələ ilə bağlı müraciətlər olur.

“Həm Dövlət İmtahan Mərkəzində, həm də onun regional bölmələrində müraciətlərin cavablandırılması üçün işçi qrupu fəaliyyət göstərir. Avqustun 10-na qədər həmin işçi qrupları fəaliyyət göstərəcək”

DİM rəsmisinin sözlərinə görə, hər halda abituriyentlər “Abituriyent” jurnalının 4 saylı buraxılışı ilə tanış olmalıdırlar.

“İxtisas seçimi etmək üçün “Abituriyent” jurnalının 4 saylı buraxılışı ilə tanış olmalıdırlar. Jurnalda qəbul aparılan ixtisaslar öz əksini tapıb. Bundan başqa maarifləndirici video çarx da hazırlanmışdı. Həmin video çarx həm facebook səhifəmizdə, həm də DİM-in saytında yerləşdirilib. Bundan əlavə Dövlət İmtahan Mərkəzində və regional bölmələrində işçi qruplar yaradılıb. Həmin işçi qruplara abituriyentlər müraciət edir və texniki səbəbdən elektron doldurulma qaydası zamanı köməklik göstərilir. Əgər hansı abituriyentin problemi varsa, müraciət edir və onlara köməklik göstərilir. Elektron ixtisas seçimi ərizəsi abituriyentin özü tərəfindən doldurulmalıdır. DİM-də yaradılmış işçi qrupun əməkdaşları tərəfindən yalnız izahat işi aparılır”. modern.az

DİGƏR XƏBƏRLƏR

Top