İndoneziyada meşəni qəsdən yandıranlar güllə ilə vurulacaq

İndoneziyada meşə sahələrini qəsdən oda verənlərə atəş açmaq əmri verilib.

"Yeniavaz.com"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Sumatra adasının Jambi vilayətində meşə yanğınları ilə mübarizə aparan hərbi birliyin komandiri Kolonel Refrizal deyib.

Onun sözlərinə görə, bununla da meşə yanğınları ilə mübarizədə sərt mövqe və ciddilik nümayiş etdirməyə çalışılır. Jambi vilayətində davam edən meşə yanğınlarında 10 hektarlıq sahə zərər görüb və yanğınsöndürmə işləri davam etməkdədir. Həmin vilayətdə sahibi tərəfindən oda verilən sahə də mövcuddur.

Bu arada Cənubi Sumatra vilayətində də meşə yanğınları ilə mübarizədə atəş açmaq qərarı alınıb.

Qeyd edək ki, İndoneziyada meşə yanğınları 1990-cı illərin ortalarından bəri davam edən problemə çevrilib. Ətraf mühitin mühafizəsi ilə məşğul olan təşkilatlar hər il eyni dövrdə yanğınların baş verməsini təsadüfi hesab etmirlər. Onların fikrincə, palma yağı şirkətləri məhsuldarlığı azalan ağacları qırmaq üçün onları qəsdən yandırırlar, çünki həmin ağacların texniki vasitələrlə təmizlənməsi baha başa gəlir.

DİGƏR XƏBƏRLƏR

Top