Avropada ən hündür göydələnin tikintisi bu il yekunlaşacaq

Moskvada Avropanın ən hündür yaşayış göydələni olacaq "Federasiya" qülləsinin tikintisi bu ilin sonu başa çatacaq.

"Yeniavaz.com"un "Komsomolskaya pravda" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Moskva merinin şəhərsalma siyasəti və tikinti üzrə müavini Marat Hüsnullin deyib.

Onun sözlərinə görə, "Moskva-Siti" kompleksindəki "Federasiya" qülləsinin ilk bloku daha əvvəl tikilib başa çatıb, ikinci blokun inşaatı isə yaxın aylarda yekunlaşacaq: "Federasiya" qülləsi bu il tam istismara veriləcək. "Moskva-Siti" kompleksinin əsas obyektlərinin tikintisini isə 2019-cu ildə başa çatdırmaq planlaşdırılır".

Xatırladaq ki, işgüzar mərkəzin göydələninin hündürlüyü 374 metrdir. Bina iki tikilidən ibarətdir- 63 mərtəbəli "Qərb" qülləsi və 95 mərtəbəli "Şərq" qülləsi. Onları altımərtəbəli ticarət kompleksi birləşdirir.

DİGƏR XƏBƏRLƏR

Top