İstanbula səfər edən turistlər arasında azərbaycanlılar ilk 20-likdə yer alıb

Bu ilin birinci yarısında İstanbula səfər edən turistlər arasında azərbaycanlılar ilk 20-likdə yer alıb. Bu müddətdə İstanbulu 92 088 nəfər azərbaycanlı ziyarət edib. İstanbul Mədəniyyət və Turzim Nazirliyinin hesabatına əsasən, birinci yarımildə ölkəyə səfər edən turistlər arasında 9,2% ilə almanlar birinci olub. Bu müddətdə şəhərə gələn turistlərin 7,7%-ni iranlılar, 4,6%-ni ruslar, 4,3%-ni Səudiyyə Ərəbistanından olan turistlər, 4,2%-ni iraqlılar, 3,5%-ni ingilislər, 3,4%-ni ukraynalılar, 3,3%-ni fransızlar, 2,9%-ni amerikalılar, 2,5%-ni hollandlar, 2,1%-ni Küveytdən gələnlər, 2,1%-ni türkmənlər və 2,1%-ni azərbaycanlılar təşkil edib. Çinlilər də cəmi turistlərin 2%-ni əhatə edib. Qeyd edək ki, yanvar-iyun ayları ərzində İstanbula cəmi 4 385 153 turist səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1% azalma deməkdir. report

DİGƏR XƏBƏRLƏR

Top