ABŞ: Raqqada 2 min İŞİD silahlısı var

İŞİD terror qruplaşmasının Suriyanın Raqqa bölgəsində təqribən iki min silahlısı var.

"Yeniavaz.com"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyadakı xüsusi təmsilçisi Bret MakQark deyib.

Onun sözlərinə görə, İŞİD 2014-cü ildən bəri Suriya və İraqda təxminən 70 min kvadratkilometr əraziyə nəzarəti itirib: "İŞİD İraqda nəzarət etdiyi ərazilərin təxminən 78 faizini, Suriyada isə 58 faizini itirib. Son altı ayda İŞİD-dən azad edilən ərazilərin sahəsi təxminən 20 min kvadratkilometrdir".

B. MakQark əlavə edib ki, hazırda Raqqanın 45 faizi İŞİD-dən təmizlənib.

DİGƏR XƏBƏRLƏR

Top