Həccə getmək istəyənlərdən bu arayış tələb olunacaq

Səudiyyə Ərəbistanı həcc ziyarəti üçün hər il Məkkə və Mədinəyə gedən zəvvarların təhlükəsizliyini təmin etmək məqsədi ilə 30 minədək tibb işçisini səfərbər edəcək.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Krallığının Səhiyyə Nazirliyindən deyiblər.

Bundan başqa, nazirlik zəvvarlara xidmət göstərən bütün personalın meningit və qripdən vaksinasıyası üzrə proqramı işə salıb. Xarici qonaqlar Ciddə beynəlxalq aeroportuna eniş edərkən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartlarına uyğun tibbi yoxlamadan keçməlidirlər. Həmçinin, Səudiyyə Ərəbistanı səfirliklərinə viza ərizəsi verərkən mütləq qaydada meningitdən vaksinasiya haqqında arayış təqdim etmək lazım olacaq.

Həcc zamanı Ərəfat şəhərinin ətraflarında, Mina vadisində, Məkkə və Mədinədə təxminən 25 xəstəxana gücləndirilmiş iş rejiminə keçəcək. Nazirlik 150-dən çox səyyar hospital yerləşdirməyi planlaşdırır, ümumilikdə 5 minədək adam eyni vaxtda tibbi yardım ala biləcək. Nazirlik xəstələrin dərhal daşınması üçün 100 ədə təcili yardım maşını ayıracaq.

DİGƏR XƏBƏRLƏR

Top