Belçikalı nazir Türkiyə vətəndaşlığından imtina edir

Belçika hökumətində bərabərlik məsələləri üzrə dövlət naziri Zuhal Dəmir Türkiyə vətəndaşlığından çıxmaq üçün prosedurlara start verib.

“Yenivaz.com”un “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə əsilli nazir, həmçinin Belçikanın iqrçi N-VA partiyasının üzvüdür.

Z. Dəmir məsələ ilə bağlı açıqlamasında deyib: “Atalarımın doğduğu ölkəyi artıq tanıya bilmirəm, aradakı çuxur getdikcə böyüyür. İslamın türk cəmiyyəti üzərindəki təsiri, qadın haqları, azlıqların hüquqları, demokratiyanın geriləməsi, Türkiyədə hər şey tərsinə dönür. Türkiyə mənim üçün ən yaxşı tətil ölkəsi olaraq qalacaq, ancaq türk vətəndaşlığı mənim üçün daha uyğun deyil”.

Qeyd edək ki, Z. Dəmir 2 mart 1980-ci ildə Belçikada anadan olub. Hüquqşünas ixtisasına malik Z. Dəmir 24 fevral 2017-ci il tarixində nazir vəzifəsinə gətirilib.

DİGƏR XƏBƏRLƏR

Top