“Qarabağ”ın oyunlarının başlanma saatı dəqiqləşdi

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşacaq “Qarabağ”ın oyunlarının başlanma vaxtı müəyyənləşib. Komandalar arasında ilk oyun avqustun 15-də Bakıda, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma yerli vaxtla 20.00-da başlayacaq. Cavab oyunu isə avqustun 23-də Kopenhagendə Bakı vaxtı ilə 22.45-də start götürəcək. qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top