Avropa İttifaqından Rusiyaya qarşı yeni sanksiya

Almaniyanın “Siemens” şirkəti Rusiyaya satdığı təbii qaz borularının Krımda istifadə edildiyini aşkarladıqdan sonra Avropa İttifaqı Rusiyaya yeni sanksiyalar tətbiq edib. Sanksiya siyahısına Rusiyanın Enerji nazirinin müavini Andrey Çerezov, nazirliyi rəsmisi Yevgeni Qrabçak və “Siemens”in borularını Rusiyada modernizasiya edən “Technopromexprt” şirkətinin icraçı direktoru Oleq İsayev daxil edilib.

“Technopromexprt”lə yanaşı “Interavtomatika” şirkətinə də sanksiya tətbiq edilib.

Qeyd edək ki, Avropa İttifaqı tərəfindən Rusiyaya ilk dəfə 2014-cü ildə sanksiya qoyulub. Hazırda siyahıda 153 şəxs və 40 qurum yer alıb. qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top