Ötən ay aksizlər üzrə gömrük daxilolmaları kəskin azalıb

Bu ilin iyul ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 256 610,4 min manat vergi və rüsum daxil olub. Bu 2016-cı ilin iyul ayı ilə müqayisədə 69 819,79 min manat və yaxud yaxud 37,38% çoxdur.

Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 1 il əvvələ nisbətən 15 238,72 min manat və yaxud 33,1% artaraq 61 275,9 min manata çatıb.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 61 089,88 min manat və yaxud 49,52% artaraq 184 466,6 min manat, aksizlər üzrə daxilolmaların həcmi 6 706,28 min manat və yaxud 45,4% azalaraq 8 064,8 min manat, yol vergisi üzrə daxilolmaların həcmi isə 197,44 min manat və yaxud 7,58% artaraq 2 803,1 min manat təşkil edib. report

DİGƏR XƏBƏRLƏR

Top