Amsterdamda "xanımlar və cənablar" ifadəsi müraciətdən çıxarılır

Amsterdamda bütün şəhər sakinləri üçün tanımadıqları kişi və qadınlara müraciət qaydaları haqqında yaddaş dəftərçəsi buraxılıb. "Yeniavaz.com"un "Life.ru" saytına istinadən verdiyi məlumata görə, dəftərçədə yalnız şəxsiyyətsizləşdirilmiş müraciət formalarından istifadə etmək təklif olunur

Şəhər icra hakimiyyəti alternativ neytral müraciət formaları qismində "dostlar, əziz sakinlər və hörmətli həmvətənlər" sözlərindən istifadə etməyi məsləhət görür. Məqsəd cinsi azlıqların nümayəndələrinin hisslərinə toxunmamaqdır.

Qeyd edilir ki, hazırda Niderlandda təqribən 50 min transseksual nümayəndə yaşayır. Ölkə əhalisinin sayı isə 17 milyon nəfərdən çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top