Lotereyada 68 milyon $ udan britaniyalı uduşu götürmədi

"EuroMillion" lotereyasında 51,7 milyon funt-sterlinq (təqribən 68 milyon dollar) udan Böyük Britaniya sakini lotereyanın nəticələrinin açıqlanmasının üzərindən bir həftə keçməsinə baxmayaraq, uduşu üçün müraciət etməyib.

"Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu səbəbdən Britaniya Milli Lotereyasının təşkilatçıları iyulun 28-də "EuroMillion"da iştirak edən hər kəsi biletlərini yoxlamağa çağırıb.

Qeyd edilir ki, qalib gələn şəxsin sərvəti uelsli futbolçu Qaret Beylin varidatına bərabərdir. Cek-pot bu il Britaniyada həcminə görə sayca dördüncü olub. Bunadək iyunda Böyük Britaniyanın digər vətəndaşı "EuroMillion"da 87 milyon funt-sterlinq (təqribən 115 milyon dollar) udmuşdu.

Xatırladaq ki, Avropanın iri lotereyası olan "EuroMillion" qitənin doqquz ölkəsində keçirilir: Fransa, Böyük Britaniya, İspaniya, İsveçrə, Portuqaliya, Avstriya, Lüksemburq, İrlandiya və Belçika.

DİGƏR XƏBƏRLƏR

Top