Neft Fondu 18 ton qızılın satılmasına münasibət bildirdi

Azərbaycan Respublikası Dövlət Neft Fondu bəzi kütləvi informasiya vasitələrində Fondun investisiya portfelinə daxil olan qızıl ehtiyatı ilə bağlı dərc olunan məqalələrə münasibət bildirib. ARDNF-dən verilən açıqlamada deyilir: “Bildiririk ki, ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı hal-hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməmişdir. Bir daha qeyd edirik ki, ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılmışdır. ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır”.

Qeyd edək ki, Ümumdünya Qızıl Şurası (World Gold Council) bildirmişdi ki,Azərbaycan bu ilin fevral ayında rəsmi qızıl ehtiyatlarının geri qalan 18 tonunu da satıb.

DİGƏR XƏBƏRLƏR

Top