Bakıda qardaş qardaşı qətlə yetirib

Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Hadisə Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən ev 21 mənzil 5-də baş verib.

Həmin ünvanda yaşayan Binəqədi rayon sakini, 1983-ci il təvəllüdlü Murad Ramazan oğlu Əliyev qardaşı Əli Ramazan oğlu Əliyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, daha sonra hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları qətli törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. Report

DİGƏR XƏBƏRLƏR

Top