Yanan "Galendewagen" Baş nazirin müavini Əli Həsənovun nəvəsinin olub VİDEO

Virtualaz.org-un məlumatına görə, bu gün axşam saatlarında Bakının Heydər Əliyev prospektində qəzaya uğrayan “Mercedes Galendevagen” baş nazirin müavini Əli Həsənova məxsusdur.

Sözügedən “Mercedes Galendewagen” avtomobili “10 PP 203” dövlət nömrə nişanlı olub və həmin vaxt baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev də maşında olub. O, qəza nəticəsində ağır bədən xəsarətləri alıb. Hadisə baş verən kimi Həsənovun nəvəsi maşından təcili çıxarılaraq aparılıb.

****

Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

“Mercedes Gelandewagen” markalı avtomobil paytaxtın Heydər Əliyev prospekti ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və “VAZ 21015” markalı avtomobilə arxadan çırpılıb.

Daha sonra “Mercedes Gelandewagen” yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçib və yanmağa başlayıb.

Qəza zamanı piyadanın da vurulduğu bildirilir. Qəza nəticəsində “Mercedes Gelandewagen”in sürücüsü də daxil olmaqla, iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

APA

yanan

yanan 2

DİGƏR XƏBƏRLƏR

Top