Çinlilər Putinə: "Yalnız iki fövqəldövlət var - biz və ABŞ"

Rusiyanın Çin və ABŞ-la tərəfdaşlıqla bağlı gözləntiləri doğrulmadıqdan sonra Moskva ehtiyatla Avropaya tərəf dönür. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Çinlə bərabərhüquqlu tərəfdaşlıq əldə etməyə ümid edirdi, lakin onun bu ümidi özünü doğrultmadı: "Çinlilər əminliklə deyirlər: yalnız iki fövqəldövlət var - biz və ABŞ".

Z. Qabriel bildirib ki, Rusiyanın ikinci ümidi Donald Trampın hakimiyyətə gəlməsindən sonra Moska-Vaşinqton münasibətlərinin yaxşılaşması ilə bağlı olub, lakin bu da baş tutmayıb: "Buna görə də ruslar ehtiyatla Avropaya tərəf dönürlər".

DİGƏR XƏBƏRLƏR

Top