Yol polisi Mingəçevirdə növbəti dəfə reyd keçirib FOTOLAR

Bu gün Mingəçevir Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi bölməsi və 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları ilə birgə "Təmiz hava" aylığı keçiriblər. Reyd zamanı nəqliyyat vasitələrinin mühərriklərinin ixrac etdiyi dəm qazının norması yoxlanılıb. Polis əməkdaşları tərəfindən mühərrikində normadan artıq dəm qazı olan avtomobilin sürücülərinə inzibati qaydada protokol yazılıb, istismarı qadağan olunan avtomobillərin sürücülərinə xəbərdarlıq edilib. Reyd zamanı havanı çirkləndirən 50 manat cərimə tətbiq edilən avtomobillərin bəzi sahibləri belə bir aylığın keçirilməsindən xəbərsiz olduğunu bildiriblər: "Benzinin qiyməti qalxıb, xəstəxanada xəstəm var, haradan alım 50 manatı, məlumat verərdiniz ki, biz reyd keçiririk".

Mingəçevir Dövlət Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov "Yeniavaz.com" saytına reydlə bağlı bunları bildirib: "Bu ay boyunca tərəfimizdən "təmiz hava" aylığı keçiriləcək: "Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları ilə birgə keçirdiyimiz reyddə 35 avtomobil saxlanıldı. Həmin avtomobillərin sürücülərinə inzibati qaydada protokollar tərtib edilib, 50 manat cərimələniblər. Qeyd edim ki, şəhərdə polis əməkdaşları tərəfindən mütəmadi olaraq reydlər keçirilir, yol hərəkəti qaydalarını pozan məsuliyyətsiz sürücülərə xəbərdarlıq edilir, cərimələr yazılır. Reydlər avqust ayı boyunca davam etdiriləcək".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top