Olimpiya stadionu qaçqın sığınacağına çevrildi

Kanada hökuməti ABŞ-dan miqrant axınının kəskin artdığını və onların yerləşdirilməsi üçün yerin çatışmadığını açıqlayıb. “Yeniavaz.com”un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, Monreal şəhərinin icra hakimiyyəti Olimpiya stadionunu müvəqqəti sığınacaq qismində istifadə etməyə məcbur olub.

Təkcə bu ilin iyulunda Kanadaya milyondan çox qaçqın gəlib. Çoxları ehtiyat edir ki, ABŞ-dan deportasiya olunacaqlar. Qaçqınların 70 faizi haitililərdir.

Nəticədə Kanada hökuməti Olimpiya stadionunun rəhbərliyinə müraciət edib və o, güzəştə gedib. Stadionun içərisində 100-dən 450-yədək çarpayı yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top