İngiltərə təmsilçisi “Mançester Siti”nin futbolçu Fernando Rejes karyerasını Türkiyənin “Qalatasaray” klubunda davam etdirəcək.
30 yaşlı yarımmüdafiəçi bu axşam İstanbula gələcək.
Braziliyalı futbolçunun müqaviləyə imza atdıqdan sonra Avstriyada təlim-məşq toplanışında olan “Qalatasaray”ın düşərgəsinə yollanacağı bildirilir.
Qeyd edək ki, F.Rejes 2014-cü ildə 15 milyon avro qarşılığında “Portu”dan “Mançester Siti”yə transfer olunub. O, İngiltərə təmsilçisinin heyətində 64 oyuna çıxıb və 4 qol vurub. Report