
Gəncədə "Butulkalı ev" adlanan tikilini tanımayan yoxdu. Gəncə şəhərinə qonağımız gələndə onu apardımız yerlərdən biri "Butulkalı ev" adlanan tikili olur. Bu tikili ona gorə maraqlıdır ki, onun tikintisi zamanı onminlərlə butulkadan istifadə olununb. Amma Gəncənin kənar məhəllələrindən birində yerləşən başqa bir ev də var ki, o "Butulkalı ev" qədər tanınmasa da, onun da analoqu yoxdur. "Yeniavaz.com" xəbərv verir ki, evin divarlarının fasadı çayniklər və digər çini qablarla hörülüb. Təbii ki, hər bir insana maraqlı gəlir ki, bu qədər çaynik necə əldə olunub? Bu qədər çayniki əldə etməyə ya çoxlu, vaxt ya da vəsait lazımdır.
Araşdırmamız zamanı məlum oldu ki, Sovet dövründə, 1970-80-ci illərdə bu evi tikdirən adam uzun müddət Gəncə Çini Qablar Zavodunda çalışıb və orada illər ərzində istehsalat texniki nəzarəti şöbəsinin zay çıxartdığı lazımsız çini məhsulları evinə gətirərək toplayıb, ondan hörgülərin üz tərəfində istifadə edib. Evin ərsəyə gəlməsində 5 minə yaxın çaynikdən istifadə olunub.
Evin əls sahibi 1998-ci ildə buranı sataraq, başqa bir evə köçüb. Hazırda burada yaşayan Mərdanovlar ailəsinin nümayəndəsi bildirir ki, Gəncənin özündə belə bu evi tanıyan azdır. Mərdan Mərdanov deyir ki, bu ev şəhərdə maraqlı evlərdən biridir, amma çox yerdə tanınmır: "Marqalı evlər çoxdur, hamısı tanınır, amma bu tanınmır. Dostlarım da inanmırlar ki, bizim evimiz belədir".
Müsahibimiz bildirir ki, maraqlı olduğu üçün əvvələr xarici və yerli turistlər çaynikli evi ziyarət etməyə gəliblər: "Amma son 2 ildə gələn yoxdur".
Qeyd edək ki, Gəncə Çini Qablar Zavodu əsasən milli naxışlı məhsullar buraxıb. Və bu çaynik və digər qablar sanki elə divarlara da milli kolorit verib. Təəssüf ki, zamanın axarı da öz işini görüb və bu unikal qabların bir hissəsi dəcəl uşaqların güdazına gedib...
Vüqar Nəbiyev, Gəncə



Tətbiqimizi yükləyə bilərsiniz