“Skype” istifadəçiləri problemlə üzləşib

Bütün dünya üzrə “Skype” istifadəçiləri yenidən servisin işində nasazlıqla üzləşiblər.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, “Microsoft” artıq problemin aradan qaldırılması üzərində çalışır.

“Skype”ın rəsmi məlumatında deyilir: “İstifadəçilərin “Skype” çatının məlumatlarını göndərə və ala bilmədiklərindən xəbərimiz var. Bizim mühəndis komandamız artıq işləyir”. Bildirilir ki, Şimali Amerika və Avropa problemlə üzləşən əsas regionlardır.

Qeyd edək ki, “Skype” şirkəti 2003-cü ildə yaradılıb. Onun mənzil-qərargahı Lüksemburqdadır. “Microsoft” korporasiyası 2011-ci ildə “Skype”ı 8,5 milyard dollara satın alıb.

DİGƏR XƏBƏRLƏR

Top