İran ABŞ-ın sanksiyalarına qarşı cavab tədbirləri hazırlayıb

İran ABŞ-ın rəsmi Tehrana qarşı sanksiyaları sərtləşdirilməsinə cavab olaraq 16 tədbirdən ibarət siyahı hazırlayıb.

Bu barədə İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi məlumat verib.

O, dövlət televiziyasında çıxışı zamanı İran rəhbərliyinin konkret hansı addımlar atacağını dəqiqləşdirməyib, amma onlardan bəzilərinin İranın Silahlı Qüvvələrinin təkmilləşdirilməsinə aid olacağını deyib.

Nazir müavini, həmçinin sanksiyaların tətbiqi ilə nüvə razılaşmasının pozulduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp çərşənbə günü İran, Rusiya və Şimali Koreyaya qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini imzalayıb. Sənəd Konqresdə hər iki partiya üzvlərinin fəal və davamlı işinin nəticəsi olub. O, böyük səs çoxluğu ilə qəbul edilib. Report

DİGƏR XƏBƏRLƏR

Top