Bu ölkədə dollar bir gündə 21% bahalaşıb

Venesuelanın "qara bazar"ında ABŞ dollarının məzənnəsi ötən gün 21% artaraq 14 800 bolivara yaxınlaşıb.

Milli valyutanın kəskin dəyərdən düşməsinə səbəb ötən bazar günü ölkədə keçirilmiş parlament seçkiləri nəticələrinin müxalifət tərəfindən qəbul edilməməsi fonunda təşkil olunan etiraz aksiyaları olub.

Yaranan qarşıdurmalar insan tələfatı ilə nəticələnib və bundan sonra ABŞ hökuməti Venesuelanı ona qarşı sanksiyalar tətbiq edə biləcəyi ilə hədələyib. Bütün bunlar ölkənin milli valyutasını bir qədər də dəyərdən salıb.

Qeyd edək ki, Venesuela dolların rəsmi məzənnəsi 10 bolivar, əlavə mübadilə sistemində isə 2 900 bolivar təşkil edir. Report

DİGƏR XƏBƏRLƏR

Top