Erməni və özbək miqrantlar arasında kütləvi dava VİDEO

Rusiyada 40-dan çox miqrant arasında kütləvi dava baş verib.

Hadisə avqustun 1-də, Yeni Moskvada inşa edilən “Buninskiye luqa” adlı yaşayış kompleksinin həyətində qeydə alınıb.

Dava zamanı altı nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, kütləvi davada Ermənistan və Özbəkistandan olan miqrantlar iştirak ediblər. Münaqişəyə səbəb isə briqadaların birinin zibili binanın damından yerə atması səbəb olub.

Miqrantlar əvvəlcə bir-birlərini təhqir ediblər. Sonradan mübahisə kütləvi davaya çevrilib. Dava zamanı tərəflər çəkic, balta və digər alətlərdən istifadə ediblər. oxu.az

miqrant

DİGƏR XƏBƏRLƏR

Top