Tramp Rusiya əleyhinə qanunu imzaladı

ABŞ Prezidenti Donald Tramp Rusiya əleyhinə sanksiyalar haqqında qanunu imzalayıb.

"Yeniavaz.com"un "Vedomosti" qəzetinə istinadən verdiyi məlumata görə, qanun İran və Şimalı Koreyaya da qarşı sanksiyaların tətbiq edilməsini ehtiva edir.

D. Trampın sənədi avqustun 9-dək imzalamamaq hüququ var idi, lakin o bu imkandan yararlanmayıb. Konqresin hər iki palatasının təsdiq etdiyi qanun Rusiyanın neft-qaz layihələrinə investisiyaların maksimum həcmini və maliyyənin ayrılma müddətini məhdudlaşdırır. Bundan başqa, kiberhücumlarda, insan haqlarının pozulmasında və korrupsiyada istirak edənlərə qarşı fərdi sanksiyaların tətbiqini nəzərdə tutur.

DİGƏR XƏBƏRLƏR

Top