“Roma”nın əfsanəvi futbolçusu Françesko Tottinin klubla çıxdığı son matçında geyindiyi futbolka kosmosa göndərilib.
“Yeniavaz.com”un “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, göyərtəsində F. Tottinin futbolkasının olduğu “Veqa” raketi bu gün Fransa Qvineyasındakı Kuru kosmodromundan buraxılıb.
Qeyd edək ki, F. Totti karyerası boyu yalnız “Roma”da oynayıb. O, 1992-2017-ci illər ərzində klubun heyətində bütün turnirlərdə keçirdiyi 783 oyunda 307 qol vurub. F. Totti 2001-ci ildə İtaliya çempionu, 2006-cı ildə isə dünya çempionu olub.
Tətbiqimizi yükləyə bilərsiniz