Rusiyadan Ermənistana qaz tədarükü dayandırıldı

“Qazprom Ermənistan” QSC avqustun 3-dən etibarən 30 gün müddətinə respublikaya qaz tədarükünü dayandıracaq.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bubu şirkətin mətbuat xidmətindən deyiblər.

Qaz təchizatının müvəqqəti dayandırılması “Şimali Qafqaz-Zaqafqazya” magistral qaz kəmərində tikinti işlərinin aparılması ilə əlaqədardır. Bildirilir ki, Ermənistan istehlakçılarının qazla təchizatını fasiləsiz davam etdirmək üçün Abovyan stansiyasındakı yeraltı qaz anbarından istifadə olunacaq.

Xatırladaq ki, “Qazprom” Publik Səhmdar Cəmiyyətinin törəmə şirkəti olan “Qazprom Ermənistan” QSC Ermənistanın daxili bazarında təbii qazın tədarükünün və reallaşdırılmasını təmin edir. Son bir neçə ildə şirkətin Ermənistanın energetika sahəsinə qoyduğu investisiyaların ümumi həcmi 900 milyon dollar təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top