Türkiyədə 3 qoşun növünün komandiri dəyişdirildi

Türkiyədə Quru, Dəniz və Hava qüvvələrinin komandirləri dəyişdirilib.

“Yeniavaz.com”un “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Baş naziri Binəli Yıdırımın sədrliyi ilə keçirlən Ali Hərbi Şuranın (AHŞ) iclasında qərar qəbul edilib.

Qərara əsasən, Yaşar Güler Quru Qoşunlarının, Adnan Özbal Hərbi Dəniz Qüvvələrinin, Həsən Küçükakyüz isə Hərbi Hava Qüvvələrinin komandiri təyin ediliblər.

Yeni təyinatların Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən şəxsən açıqlanması gözlənilir. AHŞ-nin iclası 4 saat davam edib.

DİGƏR XƏBƏRLƏR

Top