4 ölkə Rusiyaya qarşı sanksiyalara qoşuldu

Avropa İttifaqının (Aİ) dörd tərəfdaş ölkəsi Monteneqro, Albaniya, Norveç və Ukrayna Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 31 yanvar 2018-ci il tarixinədək uzadıb.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, namizəd ölkələr Monteneqro və Albaniya, Avropa Azad Ticarət Assosiasiyasının üzv ölkəsi Norveç, habelə Ukrayna Şuranın qərarına qoşulublar: “Aİ bu öhdəlikləri diqqətə alır və onları alqışlayır”.

Xatırladaq ki, Aİ Şurası iyunun 28-də rəsmi olaraq Rusiya əleyhinə iqtisadi sanksiyaların müddətini 31 yanvar 2018-ci il tarixinədək uzadıb.

Qeyd edək ki, Aİ-nin sanksiya siyasəti üç müstəqil sahəni əhatə edir: Rusiya vətəndaşlarına qarşı viza məhdudiyyətləri (cari ilin sentyabranədək qüvvədədir), Rusiyanın bir sıra dövlət neft, müdafiə şirkətləri və maliyyə sektorlarına qarşı iqtisadi sanksiyalar (31 yanvar 2018-ci il tarixinədəl uzadılıb), habelə Krıma qarşı məhdudlaşdırıcı tədbirlər (23 iyun 2018-ci il tarixinədək uzadılıb).

DİGƏR XƏBƏRLƏR

Top