Trampın gəlini qayınatasının xəbərlər verilişinin aparıcısı olacaq

ABŞ Prezidenti Donald Tramp özünün “Facebook” səhifəsində xəbərlər verilişinin yayımına başlayacaq.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, D. Tramp deyib ki, verilişdə saxta deyil, yalnız gerçək xəbərlər təqdim olunacaq.

Bildirilir ki, proqramın aparıcısı ABŞ Prezidentinin gəlini Lara Tramp olacaq. Xəbərlər verilişinin hər həftə yayımlanacağı planlaşdırılır.

Xatırladaq ki, D. Tramp dəfələrlə qabaqcıl KİV-lərin ünvanına sərt tənqidlə çıxış edərək onları qərəzlikdə, qeyri-obyektivlikdə və həqiqətə uyğun olmayan məlumatları yaymaqda ittiham edib.

DİGƏR XƏBƏRLƏR

Top