
“Barselona”nın braziliyalı hücumçusu Neymar klub yoldaşları ilə vidalaşıb.
“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, Neymar bəyan edib ki, PSJ klubuna keçir.
“Barselona”nın mətbuat xidməti bildirib ki, forvard baş məşqçi Ernesto Valverdenin icazəsini aldıqdan sonra komandanın bugünkü məşqinə çıxmayıb.
Məlumata görə, PSJ Neymara görə 222 milyon avro ödəyəcək. Bu, dünya futbolu üçün rekord məbləğdir. Qeyd edək ki, hazırda dünyanın ən bahalı futbolçusu “Yuventus”dan “Mançester Yunayted”ə 105 milyon avroya transfer olunmuş Pol Poqbadır.
Tətbiqimizi yükləyə bilərsiniz