96 yaşlı şahzadə sonuncu dəfə ictimaiyyət qarşısına çıxacaq

Böyük Britaniya Kraliçası II Elizabetin əri rəsmi fəaliyyətini dayandırır və təqaüdə çıxır.

“Yeniavaz.com”un “Life.ru” saytına istinadən verdiyi məlumata görə, 96 yaşlı Edinburq hersoqu Filipp Krallığın səlahiyyətlərini yerinə yetirməkdən uzaqlaşmaq və təqaüdə çıxmaq qərarına gəlib.

II Elizabetin əri ictimai mərasimlərdə sonuncu dəfə iştirak etməyi düşünür. Belə ki, şahzadə Filipp bu gün öz rəsmi statusunda Krallığın Hərbi-Dəniz Qüvvələrinin idman turnirinin finalında iştirak edəcək. Daha əvvəl verilən məlumata görə, Krallıq ailəsinin bütün üzvləri arasında ən gərgin iş qrafiki II Elizabetin ərinə məxsusdur.

DİGƏR XƏBƏRLƏR

Top